Mobil versiya
Azarkeşləri hakimi söydüyünə görə “Sabah” cərimələndi
Tarix: 16-09-2022 | Saat: 16:28
Bölmə:İdman | çapa göndər

Azarkeşləri hakimi söydüyünə görə “Sabah” cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. AİA.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 800 manat cərimə olunur.
“Kəpəz” klubunun “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin.

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

VI turun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

VI turun “Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün “Səbail” klubu 4000 manat cərimə olunur.

Birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” klubu 800 manat cərimə olunur.

“Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

“Zirə” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

“Səbail” klubunun futbolçusu Tural Bayramlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

VI turun “Qarabağ” – “Sabah” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zonanı tərk edərək yan xətt hakiminə etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə 1 oyun cəzalandırılır və “Sabah” klub 800 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə olunur.

“Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

“Sabah” klubunun futbolçusu Abdulaye Ba ikinci sarı vərəqə alaraq maydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat məbləğində cərimə olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024