Mobil versiya
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı hədələdi
Tarix: 15-09-2022 | Saat: 17:35
Bölmə:Dünya | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı hədələdi


“ABŞ Ukraynanı daha uzaqmənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, onlar “qırmızı xətt”i keçmiş olacaq və bununla da münaqişənin birbaşa iştirakçısına çevriləcəklər”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

“Amerika Birləşmiş Ştatları Ukraynada hərbi əməliyyatların mümkün qədər uzadılmasında maraqlıdır. Həmçinin də vəziyyətə nəzarəti ələ keçirmək istəyindədir və bu istəyini də nümayiş etdirir. Yəni söhbət ABŞ-ın birbaşa hərbi əməliyyatlarda iştirakından gedir”, - deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, ABŞ Kiyevi daha uzaqmənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, Rusiya buna adekvat cavab vermək hüququnu özündə saxlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024