Mobil versiya
Ukrayna prezidenti Zelenski QƏZAYA UĞRADI
Tarix: 15-09-2022 | Saat: 09:12
Bölmə:Manşet / Dünya | çapa göndər

Ukrayna prezidenti Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə qəzaya uğrayıb.

aia.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Onun sözlərinə görə, prezidentin maşını digər avtomobillə toqquşub.

"Dövlət başçısını müşayiət edən həkimlər prezident avtomobilinin sürücüsünə təcili tibbi yardım göstərib və onu təcili tibbi yardım maşınına təhvil veriblər", - Nikiforov bildirib.

Onun sözlərinə görə, prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb: "Qəzanın bütün halları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024