Mobil versiya
Boris Consona bir neçə ay əvvəl Kraliça II Elizabetin ölümü ilə bağlı video çəkmək təklif edilibmiş
Tarix: 10-09-2022 | Saat: 08:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Boris Consona bir neçə ay əvvəl Kraliça II Elizabetin ölümü ilə bağlı video çəkmək təklif edilibmiş

BBC jurnalistləri Britaniyanın keçmiş baş naziri Boris Consona bir neçə ay əvvəl Kraliça II Elizabetin ölümü ilə bağlı video çəkməyi təklif ediblər.

Bu barədə Conson Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxış edərkən deyib.

“Bir neçə ay əvvəl BBC mənim yanıma gəldi və Əlahəzrət Kraliça haqqında danışmaq istədi. Biz oturduq, kameraları yandırdılar və mənə onun haqqında keçmiş zamanda danışmağımı söylədilər”, - deyə o qeyd edib.

Consonun sözlərinə görə, o, bu xahişə o qədər təəccüblənib və kədərlənib ki, müsahibədən imtina etmək məcburiyyətində qalıb. Həmçinin jurnalistlərdən də etməmələrini xahiş edib.

“Sadəcə davam edə bilmədim. Məni isə gözyaşlarımı tuta bilməyəcək qədər təsirləndirmək elə də asan deyil”, - deyə keçmiş baş nazir əlavə edib.

Mənbə: Lenta.ru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024