Mobil versiya
Zelenski: “Rusiyanın hakim elitasından 606 nəfərə sanksiya tətbiq edilib”
Tarix: 08-09-2022 | Saat: 12:05
Bölmə:Dünya | çapa göndər

Zelenski:

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya hökumətinin 606 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenski videomüraciətində bildirib.

“Bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının mühüm qərarı qəbul edilib - Rusiyanın hakim elitasına aid olan 606 fiziki şəxsə sanksiya tətbiq edilib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 28 üzvü, Rusiya Federasiyalar Şurasının 154 üzvü, Rusiya Federasiyası Dövlət Dumasının 424 deputatı bu müharibəyə, xalqımıza qarşı terrora görə məsuliyyət daşıyırlar və onlar məsuliyyətdən qaça bilməyəcəklər. Bu, sadəcə zaman məsələsidir”, - deyə o qeyd edib.

Zelenski əlavə edib ki, Ukrayna artıq bu istiqamətdə müəyyən hüquqi, diplomatik və siyasi addımlar atıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024