Mobil versiya
Biz buna imkan verməyəcəyik! - Ərdoğan
Tarix: 02-09-2022 | Saat: 09:24
Bölmə:Manşet / Dünya | çapa göndər

Biz buna imkan verməyəcəyik! -

Son 20 ildə Türkiyədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirilib.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Məhkəməsində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab vermir.

Türkiyə lideri xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Əsas Qanununun öz layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən adekvat dəstək almayıb: "Biz bu aktual məsələni bir daha gündəmə gətirəcəyik".

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə artıq bir sıra ölkələrdə tətbiq olunan "hüquqi müdafiə sığortası" sxemini tətbiq etməyi planlaşdırır.

"Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışırlar. Biz buna imkan verməyəcəyik! Dünya ictimaiyyəti birdəfəlik dərk edəcək ki, Türkiyə Respublikası qaranlıq qüvvələrin sözü ilə fəaliyyət göstərən dövlət deyil", - deyə Türkiyə Prezidenti bildirib.(trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024