Mobil versiya
Bayden: “Tramp və tərəfdarları ekstremizmi təcəssüm etdirirlər”
Tarix: 02-09-2022 | Saat: 08:45
Bölmə:Dünya | çapa göndər

Bayden:

Birləşmiş Ştatların respublikaçı keçmiş prezidenti Donald Tramp və tərəfdarları Amerika siyasi sisteminin əsaslarını təhdid edən ekstremizmin təcəssümüdür.

aia.az TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ Prezidenti Cozef Bayden Filadelfiyada demokratik dəyərlər və respublikaçıların siyasətinə qarşı çıxması ilə bağlı çıxışı zamanı deyib.

"Donald Tramp və MAGA şüarını dəstəkləyən respublikaçılar bizim ölkəmizin təməllərini təhdid edən ekstremizmin təcəssümüdür", - Ağ Ev rəhbəri deyib. "Bərabərlik və demokratiya təhdid altındadır. Və əgər biz elə deyilmiş kimi davransaq, vəziyyəti özümüz üçün daha da pisləşdirəcəyik", - o əlavə edib.

MAGA (“Make America Great Again” – “Amerikanı yenidən böyük edək” - red) Respublikaçı Trampın 2016-cı il seçki kampaniyasında ABŞ-ın siyasi leksikonuna yerləşmiş əsas siyasi şüarıdır.

Bundan əlavə, Amerika lideri qeyd edib ki, Birləşmiş Ştatlar hazırda onun gələcəkdə necə ölkəyə çevriləcəyini müəyyən edəcək dönüş dövrünü yaşayır.

“Düşünürəm ki, Amerika dönüş nöqtəsindədir, bu, gələcəyin nə olacağının müəyyən edildiyi anlardan biridir”, - Bayden deyib.(report)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024