Mobil versiya
İran İraqla sərhədi bağladı
Tarix: 30-08-2022 | Saat: 12:56
Bölmə:Dünya | çapa göndər

İran İraqla sərhədi bağladı

İran hökuməti İraqla sərhəddə keçid məntəqələrinin işini dayandırıb.

Bu barədə İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi bildirib.

Müvafiq qərar Bağdadda başlayan iğtişaşlar fonunda verilib. İran hakimiyyəti həmçinin öz vətəndaşlarını təxliyə etmək üçün İraqa təcili uçuş təşkil edir.

İran səfirliyi öz vətəndaşlarından Bağdada, eləcə də Kazımiyyə və Samirə şəhərlərinə səfərdən çəkinmələrini istəyib. İranın İmam Xomeyni Beynəlxalq Hava Limanı bəzi aviaşirkətlərin də İraq paytaxtına uçuşları ləğv etdiyini açıqlayıb.

Xatırladaq ki, dünən, avqustun 29-da şiə imamı Müqtəda əs-Sədrin tərəfdarları İraq hökumətinin Bağdaddakı qərargahına basqın etməyə cəhd ediblər. Həmin gün İraq təhlükəsizlik qüvvələri parlament binasına nəzarəti bərpa edə bilib. Qarşıdurmalarda 30-dan çox adam həlak olub. BMT-nin baş katibi Antonio Quterreş İraqdakı münaqişə tərəflərini gərginliyi azaltmağa çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024