Mobil versiya
ABŞ vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb
Tarix: 27-08-2022 | Saat: 09:08
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

AIA.Az "Report"a istinadən bildirir ki, dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti bugünlərdə Ukraynada həlak olan vətəndaşının ailəsi ilə əlaqə saxlayır.

"ABŞ vətəndaşları aktiv silahlı münaqişə və Rusiya kəşfiyyat orqanlarının təhdidinə görə Ukraynaya səfər etməməlidir. Ukraynadakı ABŞ vətəndaşları hər hansı kommersiya və ya digər şəxsi yerüstü nəqliyyat variantından istifadə etmək təhlükəsiz olarsa, dərhal bu ölkəni tərk etməlidirlər", - Dövlət Departamentinin sözçüsü bildirib.

Qeyd edək ki, daha əvvəl "Newsweek" Ukraynada daha bir amerikalının həlak olduğunu xəbər verib. Məlumata görə, o, könüllü olub.

Bundan əvvəl isə Ukraynada daha üç amerikalı öldürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024