Mobil versiya
Ukrayna Baş Qərargahı: "Rusiyanın daha 150 hərbçisi məhv edilib"
Tarix: 24-08-2022 | Saat: 10:38
Bölmə:Dünya | çapa göndər

Ukrayna Baş Qərargahı:

"Ukraynada Rusiya ordusunun daha 150 hərbçisi məhv edilib".

aia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 700-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 924 tank, 4 243 zirehli döyüş maşını, 1036 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 147 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 199 helikopter, 819 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024