Mobil versiya
Ukraynada Rusiya casusu saxlanılıb
Tarix: 15-08-2022 | Saat: 11:59
Bölmə:Dünya | çapa göndər

Ukraynada Rusiya casusu saxlanılıb

Ukraynada Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

aia.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxs Odessa vilayətində həkim vəzifəsində fəaliyyət göstərib.

Onun Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri barədə qarşı tərəfə məlumat ötürdüyü aşkarlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024