Mobil versiya
Xəzər Rayon Gənclər və İdman İdarəsində kikboksinq üzrə qalib idmançılarla görüş keçirilib.
Tarix: 05-08-2022 | Saat: 10:42
Bölmə:İdman | çapa göndər

Xəzər Rayon Gənclər və İdman İdarəsində kikboksinq üzrə qalib idmançılarla görüş keçirilib.

AİA.Az xəbər verir ki, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Kənan İdman Klubunun direktoru Ramil Əliyev və Klubun üzvləri ilə görüşüb.

Görüşdə Kənan İdman Klubunun uğur və nailiyyətlərindən söhbət açan Klubun Direktoru Ramil Əliyev xüsusi diqqətə görə İdarə Rəisinə təşəkkürünü bildirib. Həmçinin İdarə Rəisi Vüqar Əliyev Klubun üzvlərini uğurları münasibətilə təbrik etmiş və gələcəkdə uğurlar arzu etmişdir.

Qeyd edək ki, Klubun Direktoru Ramil Əliyevin rəhbərliyi ilə Xəzər Gənclər Evində kikboksinq üzrə uşaq və yeniyetmələr üçün xüsusi məşq proqramları da təşkil olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024