Mobil versiya
Bayden: “ABŞ İrana qarşı güc tətbiq etməyə hazırdır”
Tarix: 14-07-2022 | Saat: 10:17
Bölmə:Manşet / Dünya | çapa göndər

Bayden:

Vaşinqton İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Birləşmiş Ştatlar güc tətbiq etməyə və Tehranı dayandırmağa hazırdır.

Bunu ABŞ prezidenti Co Bayden İsraildə olarkən bəyan edib.

Jurnalist Amerika tərəfinin İrana qarşı güc tətbiq edə biləcəyini soruşub.

“Son vasitə olaraq, bəli”, deyə prezident cavab verib. “İran nüvə silahı əldə etməməlidir”, - o, əlavə edib.

Bayden ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaq qərarının “nəhəng səhv” adlandırıb.

“Onlar indi nüvə silahlarına əvvəlkindən daha yaxındırlar”, - deyə dövlət başçısı vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024