Mobil versiya
ÜST-dən maska ​​rejiminə qayıtmaqla bağlı ÇAĞIRIŞ
Tarix: 13-07-2022 | Saat: 17:38
Bölmə:Karusel / Dünya | çapa göndər

ÜST-dən maska ​​rejiminə qayıtmaqla bağlı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələrin hökumətlərini maska ​​rejiminə qayıtmağa çağırıb.

Təşkilat bunu ölənlərin sayının artmağa davam etməsi ilə əlaqələndirib.

Bir çox varlı ölkələrin hökumətləri peyvəndlərin uğurlu tətbiqindən sonra koronavirusla bağlı məhdudiyyətlərdən tamamilə imtina etsələr də, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın “hələ bitmədiyini” vurğulayıb.

O qeyd edib ki, “Omikron”un alt variantları dünyada yeni xəstəlik dalğalarına, hospitalizasiyalara və ölümlərə səbəb olmağa davam edir:

“COVID-19 hallarının sayının artmaqda davam etməsindən və bunun gərgin səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərməsindən narahatam. Məni ölüm hallarının sayının artması tendensiyası da narahat edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024