AZ RU Mobil versiya
Neçə ölkədə meymunçiçəyi yayılıb? - ÜST AÇIQLADI
Tarix: 28-06-2022 | Saat: 09:01
Bölmə:Manşet / Dünya | çapa göndər

Neçə ölkədə meymunçiçəyi yayılıb? -

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ilin əvvəlindən 50 ölkədə meymunçiçəyi infeksiyasına 3413 yoluxma və bir ölüm hadisəsini təsdiqləyib.

Meymunçiçəyinə yoluxma ən çox (86%) Avropa regionunda rast gəlinir. Onu Amerika materiki (11%), Afrika (2%), Şərqi Aralıq dənizi (1%-dən az) və Asiya-Sakit okean bölgəsi (1%-dən az) izləyir. Ölkələrdə ən çox meymunçiçəyi 793 nəfərin yoluxduğu Böyük Britaniyada, həmçinin Almaniyada (521), İspaniyada (520), Portuqaliyada (317), Fransada (277), Niderlandda (167) və ABŞ-da (142) qeydə alınıb. Qalan 43 dövlət və ərazidə yoluxma hallarının sayı 100-ü keçmir. İndiyədək yeganə ölümcül nəticə Nigeriyada qeydə alınıb.

ÜST epidemioloji vəziyyəti diqqətlə izləyir. Meymunçiçəyinin endemik olmadığı ölkələrdə yoluxma əsasən son günlərdə “yeni və ya çoxsaylı partnyorlarla” intim münasibətdə olan kişilərdə aşkar edilir.

ÜST xəstəliyin qlobal miqyasda yayılma riskini orta səviyyədə hesab edir. Meymunçiçəyi üzrə komitə iyunun 23-də Cenevrədə keçirilən iclasında belə nəticəyə gəlib ki, epidemiya hazırda beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5241 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2022