AZ RU Mobil versiya
Meymunçiçəyi pandemiya ELAN EDİLDİ
Tarix: 23-06-2022 | Saat: 16:56
Bölmə:Karusel / Dünya | çapa göndər

Meymunçiçəyi pandemiya

Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

aia.az xəbər verir ki, bu barədə qurumun saytında bildirilir.

Qeyd edilir ki, bu günə qədər 58 ölkədə 3 417 təsdiqlənmiş meymunçiçəyi hadisəsi qeydə alınıb. Epidemiya bir neçə qitədə sürətlə genişlənir. Şəbəkə ölkələri və qlobal səhiyyə orqanlarını təcili, effektiv tədbirlər görməyə çağırıb.

“Qlobal epidemiya razılaşdırılmış qlobal tədbirlər olmadan bitməyəcək. Hətta meymunçiçəyi xəstəliyindən daha aşağı ölüm nisbəti olsa belə, onun davamlı yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan öləcək və daha çox insan kor və əlil olacaq”, - deyə mesajda qeyd edilir.

Vurğulanır ki, qabaqcadan tədbirlər görülsə, ən az səylə epidemiyaya nəzarət etmək və nəticələrin daha da pisləşməsinin qarşısını almaq mümkün olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) infeksiyanın təyin edilməsinə qərar vermək üçün 23 iyun iclasından əvvəl WHN meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5689 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2022