Mobil versiya
Putinin sevgilisinin İstanbulda lüks evi olduğu ortaya çıxdı
Tarix: 21-06-2022 | Saat: 16:31
Bölmə:Dünya | çapa göndər

Putinin sevgilisinin İstanbulda lüks evi olduğu ortaya çıxdı


Rusiya müxalifətinin aparıcı simalarından biri, rus əsilli israilli iş adamı Leonid Nevzlin Putinlə sevgili olduğu iddia edilən keçmiş gimnast Alina Kabayevanın Türkiyədə “iki dəbdəbəli evi” olduğunu bildirib.

"Unikal" xəbər verir ki, 39 yaşlı Kabaeva haqqında "Daily Mail"yə danışan Nevzlin gənc qadının İstanbulda evi olduğunu bildirib. Nevzlin bu iddianın mənbəyini açıqlamayıb.

Bildirək ki, Rusiya və Ukrayna arasında müharibə davam edərkən, Böyük Britaniya, Aİ və Kanada Kabayevanın Putinə yaxınlığına görə ona qarşı sanksiyalar tətbiq edib.

Məlumdur ki, Putinin özündən 31 yaş kiçik olan sevgilisi Kabayevanın ixtiyarında Maybach limuzinləri parkı var və Moskvada səfərləri zamanı yüksək səviyyəli təhlükəsizlik tərəfindən qorunur. Kabayeva bədii gimnastika tarixində 2 olimpiya, 14 dünya çempionatı və 25 Avropa çempionatı medalı ilə ən çox medal qazanan gimnastlardan biri kimi tanınır. İdmanı buraxdıqdan sonra siyasətə gələn Kabayeva Putinin partiyasından deputat seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024