Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Tarix: 20-06-2022 | Saat: 14:24
Bölmə:Gündəm | çapa göndər

Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun (Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
aia.az Trend-ə istinadən bildirir ki, təqsirləndirilən şəxs məhkəməyə gətirilməyib, o saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulub.
Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək.
Xatırladaq ki, Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə təqsirləndirilən Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. O CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-06-2025