Ana Sayfa > Gündəm > Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başlayıb20-06-2022, 14:24. Yazar: sevinc1 |
![]() Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun (Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. aia.az Trend-ə istinadən bildirir ki, təqsirləndirilən şəxs məhkəməyə gətirilməyib, o saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulub. Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək. Xatırladaq ki, Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə təqsirləndirilən Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. O CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur. aia.az Geri dön |