Mobil versiya
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
Tarix: 02-11-2026 | Saat: 09:37
Bölmə:Manşet / Dünya | çapa göndər

“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı -

“Bakı Metropoliteni” QSC-nin “28 May” və “Nizami” stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb.

aia.az xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazıntı işlərinin plana uyğun həyata keçirildiyini bildirib.

“11 ay müddət demişdik, 2 aydan bir qədər artıq vaxt keçib. Qazıntı işləri hazırda qaydasında gedir. Tunellərdən birində qazıntı işləri artıq 40 metrdən çox hissədə tamamlanıb. Digər tuneldə isə qazıntı işləri artıq 30,5 metri haqlayıb.

Tunellərdən birində geoloji və hidrogeoloji şərtlərin sərt üzü ilə qarşılaşmağa başlamışıq, amma buna baxmayaraq işlər plan üzrə gedir. İndiki planlarla xətlərin birləşdirilməsini söz verdiyimiz vaxta çatdırmaq imkanlarımız var”, - B.Məmmədov qeyd edib.

Qeyd edək ki, avqustun 15-dən “Bakı Metropoliteni” QSC Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayıb. Bununla əlaqədar “28 May–Nizami” stansiyaları arasında sərnişindaşıma dayandırılıb. Nəticədə paytaxtda sərnişindaşıma ilə bağlı ciddi narahatlıq və gecikmələr yaranıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2026