Mobil versiya
Sabah yeni ombudsman seçiləcək
Tarix: 02-11-2026 | Saat: 10:17
Bölmə:Manşet / Siyasət | çapa göndər

Sabah yeni ombudsman seçiləcək

Sabah Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

aia.az xəbər verir ki, namizədlər hazırkı ombudsman Səbinə Əliyeva, hüquqşünas alim, professor, hüquq elmləri doktoru, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.

Qeyd edək ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili 7 ildən bir seçilir. Səbinə Əliyeva birinci dəfə 2019-cu ildə ombudsman seçilib. Onun səlahiyyət müddəti noyabrın 29-da başa çatır. Eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Ombudsman siyasi fəaliyyətlə məşğul ola və hər hansı siyasi partiyanın üzvü ola bilməz. Həmçinin, o, qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Vəzifəyə seçildiyi gündən beş iş günü ərzində statusuna uyğun olmayan fəaliyyətini dayandırmalıdır. Ombudsman seçildiyi gün Milli Məclisin iclasında Konstitusiyaya və qanunlara əməl edəcəyinə, səlahiyyətlərini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə dair and içir.

Ombudsman vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsi və yüksək əxlaqi keyfiyyətləri olan Azərbaycan vətəndaşı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəlik daşıyan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiqlənən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər bu vəzifəyə seçilə bilməzlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə