Aydın Hüseynov: “Şuşanın azad olunması müharibənin gedişinə həlledici təsir göstərdi”
Tarix: 02-11-2026 | Saat: 11:23
Bölmə:Siyasət | çapa göndər

“Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasından qaynaqlanırdı. Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycanın qarşısında dayanan tarixi vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaratdı. Ölkəmizin iqtisadi qüdrətinin artırılması, beynəlxalq mövqelərinin gücləndirilməsi, müasir ordu quruculuğunun ardıcıl şəkildə həyata keçirilməsi və xalqımızın milli birliyinin möhkəmləndirilməsi bizi böyük Zəfərə yaxınlaşdıran əsas amillər oldu. Azərbaycan uzun illər ərzində işğal altında saxlanılan torpaqlarını azad etmək üçün həm siyasi, həm iqtisadi, həm də hərbi potensialını səfərbər etdi. Nəticədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqqımızı öz gücümüzlə bərpa etdik. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi rəşadət, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın Ali Baş Komandan ətrafında sıx birləşməsi tarixi qələbəmizin əsasını təşkil etdi. Bu mübarizənin ən mühüm mərhələlərindən biri isə Şuşanın azad edilməsi oldu. Şuşa Zəfəri Azərbaycanın hərbi qüdrətini, siyasi iradəsini və milli ruhunun sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Bu qələbə həm də sübut etdi ki, güclü dövlət, məqsədyönlü siyasət və xalq-ordu birliyi qarşıya qoyulan ən çətin vəzifələri belə reallaşdırmağa qadirdir”.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili fikirlərini davam etdirərək bildirib ki, Şuşanın azad olunması Vətən müharibəsinin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan hadisədir: “Ölkə Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müharibənin ilk günlərindən Şuşasız qələbənin yarımçıq olacağını vurğulaması bu şəhərin Azərbaycanın taleyindəki müstəsna əhəmiyyətini ifadə edirdi. 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusunun mürəkkəb relyef şəraitində, sıldırım qayalardan və keçilməz cığırlardan keçərək həyata keçirdiyi əməliyyat böyük hərbi məharətin nümunəsinə çevrildi. Şəhərin azad olunması düşmənin müqavimət imkanlarını sarsıtdı və müharibənin gedişinə həlledici təsir göstərdi. Şuşa Zəfəri yalnız hərbi uğur deyildi. Bu, Azərbaycanın milli iradəsinin, tarixi ədalətə bağlılığının və dövlətçilik əzminin təntənəsi idi. Dövlət başçısının Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azadlığını elan etməsi hər bir azərbaycanlının yaddaşında silinməz iz buraxdı. Həmin gün səslənən qürur dolu bəyanat illərlə doğma yurdlarının həsrəti ilə yaşayan insanların ümidlərini gerçəyə çevirdi. Şuşanın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başa çatdı, xalqımızın öz tarixinə, mədəniyyətinə və milli kimliyinə sahib çıxmaq əzmi bir daha təsdiqləndi. Bu tarixi hadisə gələcək nəsillərə Vətən sevgisinin, fədakarlığın və birliyin nə qədər böyük gücə malik olduğunu göstərən əbədi örnəkdir”.
Sonda Parlament üzvü bunu da qeyd edib ki, Şuşanın azad edilməsindən sonra şəhərdə başlanan bərpa və quruculuq işləri tarixi qələbənin real inkişaf nəticələrinə çevrildiyini göstərir: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması, şəhərin tarixi-memarlıq irsinin qorunmasına dair hüquqi və təşkilati tədbirlərin görülməsi bu qədim diyarın gələcəyinə dövlət səviyyəsində verilən böyük əhəmiyyətin ifadəsidir. Şuşanın 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planı şəhərin tarixi simasının qorunmasını, müasir infrastrukturun yaradılmasını və yaşayış mühitinin yaxşılaşdırılmasını bir araya gətirir. Tarixi abidələrin bərpası, Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması milli-mədəni yaddaşımıza göstərilən ehtiramın parlaq nümunəsidir. Zəfər Yolu, yeni yaşayış və turizm obyektləri, sosial infrastruktur layihələri Şuşanın dirçəlişinə xidmət edir. Şəhərin beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməsi, türk və islam dünyasında qazandığı nüfuz isə onun regional və qlobal əhəmiyyətini artırır. 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıyan Şuşa bu gün həm tarixi irsimizin qorunduğu, həm də Azərbaycanın inkişaf potensialının nümayiş etdirildiyi məkandır. Şuşanın dirçəlişi onu göstərir ki, biz yalnız torpaqlarımızı azad etməmişik, həm də milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə çatdırmaq üçün yeni mərhələyə qədəm qoymuşuq. Şuşa Zəfəri və şəhərin yenidən qurulması Azərbaycanın dövlətçilik tarixində qürur mənbəyi olaraq yaşayacaqdır” – deyə, Aydın Hüseynov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2026