Mobil versiya
Oğurladığı lüks saatı poçtla geri qaytardı
Tarix: 02-11-2026 | Saat: 12:05
Bölmə:Dünya | çapa göndər

Oğurladığı lüks saatı poçtla geri qaytardı

Tokioda mağazadan 46 milyon yen (təxminən 495,500 AZN) dəyərində elit saat oğurlayan naməlum şəxs daha sonradan onu poçtla geri qaytarıb.

aia.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Göndərmə məntəqəsi olaraq Ayti prefekturası göstərilən saatın olduğu bağlamaya üzrxahlıq məktubu da əlavə edilib.

Həmin oğurluq hadisəsi oktyabrın 29-da Tokionun məşhur “Nakano Broadway” küçəsindəki ticarət mərkəzində yerləşən elit saatlar mağazasında baş verib. Belə ki, polisin məlumatına görə, axşam saatlarında ticarət məntəqəsinə bir kişi daxil olub.

O, işçilərdən İsveçrə brendi olan “Audemars Piguet”in istehsal etdiyi saatı qolunda sınamaq üçün ona vermələrini xahiş edib, bundan sonra isə saatla birlikdə hadisə yerindən qaçıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-11-2026