"Polşanın bu proqramı Qarabağın bərpası üçün faydalı ola bilər"
Tarix: 13-06-2022 | Saat: 13:23
Bölmə:Dünya | çapa göndər
Polşanın "GreenEvo" "yaşıl" texnologiyaların sürətləndirilməsi proqramı Qarabağın bərpası ilə əlaqədar Azərbaycandakı tərəfdaşlara maraqlı ola bilər.
Bu barədə AİA.AZ-a Polşanın İqlim və Ətraf Mühit Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatına görə, Polşa "GreenEvo" proqramı çərçivəsində Azərbaycana ticarət missiyasının təşkil olunması imkanını nəzərdən keçirir.
"2016-cı ildə keçirilmiş Polşa-Azərbaycan komissiyasının sonuncu iclasından bəri İqlim və Ətraf Mühit Nazirliyi "GreenEvo" proqramı çərçivəsindəAzərbaycanla birgə layihələr icra etməyib, amma biz əməkdaşlıq üçün açığıq", - nazirlikdən bildiriblər.
Qeyd olunub ki, missiyanı 2022-ci ildə Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 8-ci iclası çərçivəsində təşkil etmək planlaşdırılır.
"GreenEvo" Polşa İqlim və Ətraf Mühit Nazirliyinin ekoloji texnologiyaların yayılması üçün əlverişli mühitin yaradılmasına yönəlmiş innovativ proqramıdır. Bu texnologiyalar su və çirkab suların idarə olunması, eləcə də tullantıların idarə olunması, bərpa olunan enerji mənbələri, atmosferin mühafizəsi və biomüxtəlifliyin qorunması kimi məsələlər üzrə konkret həllər təklif edir", - nazirlikdən deyiblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025