Mobil versiya
Putinin Pyotr açıqlaması Finlandiya və İsveç liderlərinin şam yeməyinin ləğvinə səbəb olub?
Tarix: 11-06-2022 | Saat: 09:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Putinin Pyotr açıqlaması Finlandiya və İsveç liderlərinin şam yeməyinin ləğvinə səbəb olub?

Rusiya Prezidenti Vladimir Putinin 18-ci əsrdə Rusiya və İsveç krallıqları arasında baş verən Böyük Şimal müharibəsinə işarə edən açıqlamalarından sonra Finlandiya Prezidenti Sauli Niinistönun İsveç kralı Karl 16-cı Qustafla planlaşdırdığı şam yeməyini ləğv etdiyi iddia edilib.

AİA.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Finlandiya Prezidenti Niinistö ölkənin Baltik dənizindəki Aland adalarının silahsızlaşdırılmasının 100-cü ildönümü münasibətilə İsveç kralı Qustaf və xanımı Kraliça Silviyanı şam yeməyinə dəvət edib.

Rusiya Prezidenti Putin axşam yeməyi zamanı paytaxt Moskvada iş adamları ilə görüşündə etdiyi çıxışda 1700-1721-ci illər arasında Rusiya və İsveç krallıqları arasında baş vermiş Böyük Şimal Müharibəsindən bəhs edərək, "Böyük Pyotr İsveçlə müharibədə ərazi qazana bilmədi. Bu gün Avropanın İsveç olaraq qəbul etdiyi və əslində bizə məxsus olan yerləri geri aldı. İndi torpaqlarımızı geri qaytarmağın vaxtıdır" deyib.

Putinin açıqlamasından sonra Niinistönun şam yeməyi proqramını yarımçıq kəsdiyi və kral Qustafla görüşmədən şəxsi helikopterlə Helsinkiyə qayıtdığı iddia edilib. Kral Qustaf və Kraliça Silviyanın da tədbir davam edərkən ərazini tərk etdiyi bildirilir.

Digər bir iddia isə görüş zamanı Rusiya hərbi gəmilərinin Baltik dənizində təlimlər keçirdiyi üçün proqramın ləğv edilməsi olub.

İddialardan sonra Finlandiya hökuməti tərəfindən verilən açıqlamada, Prezident Niinistönun proqramı kəsməsinin Putinin açıqlamaları və ya Rusiya gəmilərinin təlimi ilə heç bir əlaqəsinin olmadığı bildirilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024