Mobil versiya
Almaniya Ukraynaya 3,5 milyon avroya qədər vəsait verəcək
Tarix: 10-06-2022 | Saat: 09:22
Bölmə:Dünya | çapa göndər

Almaniya Ukraynaya 3,5 milyon avroya qədər vəsait verəcək

Almaniya Ukraynanın enerji sektorunu dəstəkləmək üçün 3,5 milyon avroya qədər vəsait ayıracaq.

AİA.Az "report"a istinadən bildirir ki, bu barədə Almaniyanın Kiyevdəki səfiri Anka Feldhuzenin Ukraynanın energetika naziri Herman Qaluşenko ilə danışıqların yekunlarına dair bəyanatında deyilir.

Vəsait müharibə nəticəsində zədələnmiş elektrik şəbəkələrinin təmirinə sərf olunacaq.

Feldhuzenin sözlərinə görə, Almaniya Ukraynanın elektrik enerjisinin ötürülməsi üzrə Avropa sistem operatorları şəbəkəsinə tam inteqrasiyasını dəstəkləyir.

Bundan əvvəl Almaniyanın Energetika Nazirliyi əlavə edib ki, rəsmi Berlin Ukraynaya elektrik enerjisinin ixracı imkanlarını artıracaq avadanlıq almağa kömək edəcək.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə