Elektron siqaret ağzında partladı, dişi qopdu düşdü
Tarix: 09-06-2022 | Saat: 15:24
Bölmə:Dünya | çapa göndər
Yekaterinburqda 15 yaşlı yeniyetmə ağzında elektron siqaret (veyp) partladıqdan sonra xəstəxanaya yerləşdirilib. Bu barədə Yekaterinburq Daxili İşlər Nazirliyindən xəbər verib.
AİA.Az oxu.az-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, hadisə iyunun 6-da baş verib. Veypi valideynlərindən gizlətmək istəyən tanışı onu yeniyetməyə verib. Evdə hər kəsin getməsini gözləyən yeniyetmə tək qaldıqda siqaret çəkmək qərarına gəlib, lakin cihaz, demək olar ki, dərhal partlayıb. Nəticədə yeniyetmənin beş ön dişi sıradan çıxıb. O, baş verənləri böyüklərdən gizlətməyə çalışsa da, sonda anasına müraciət edib, bundan sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Polisdən verilən məlumata görə, həkimlər uşağa dodaqlarının parçalanmış yaraları, aşağı və yuxarı kəsici dişlərin sınığı, həmçinin ön qolunun yanığı diaqnozu qoyublar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025