Mobil versiya
"Nə Ukrayna Müdafiə Nazirliyinə, nə də Ali Radaya zərbə endirilməyib"
Tarix: 06-06-2022 | Saat: 18:23
Bölmə:Dünya | çapa göndər

"Nə Ukrayna Müdafiə Nazirliyinə, nə də Ali Radaya zərbə endirilməyib"

Rusiya Ukraynaya çoxsaylı buraxılış raket sistemləri (MLRS) və uzaqmənzilli raketlərin tədarükünə nəqliyyat infrastrukturuna və dövlət qurumlarına hücumlarla cavab verəcək.

AİA.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.

"Rusiya, bizim prezidentimiz, Ali Baş Komandanımız Putinin dediyi kimi, hələ də çəkindiyimiz obyektlərə zərbələr endirməklə reaksiya verəcək", - deyə deputat müvafiq sualı cavablandırıb.

"Kiyev hava limanı fəaliyyət göstərir, orada dəmiryol vağzalları, magistral dəmir yolu xətləri, avtomobil körpüləri və digərləri, həm də hakimiyyət orqanları... Nə Ukrayna Müdafiə Nazirliyinə, nə Baş Qərargaha, nə Ali Radaya, nə də qərarların qəbul edildiyi digər nazirliklərə hələ ki heç bir zərbə endirilməyib", - Kartapolov qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024