Mobil versiya
Millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb
Tarix: 06-06-2022 | Saat: 12:40
Bölmə:İdman | çapa göndər

Millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb

Basketbolun 3x3 növü üzrə millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
AİA.Az Trend-ə istinadən bildirir ki, kişilərdən ibarət milli komandamız Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində yarımfinal oyununu keçirib. Lüksemburq basketbolçuları ilə qarşılaşan yığmamız oyundan 15-13 hesabı ilə qalib ayrılıb və adını turnirin finalına yazdırıb. Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb və meydançadan 20-16 hesabı ilə qalib ayrılıb. Bununla da, yığma komandamız sentyabrın 9-11-də Avstriyanın Qratz şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz basketbolun 3x3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024