Mobil versiya
İsveç və Finlandiya dəqiq mövqe tutmalıdır - İbrahim Kalın
Tarix: 05-06-2022 | Saat: 10:29
Bölmə:Dünya | çapa göndər

İsveç və Finlandiya dəqiq mövqe tutmalıdır - İbrahim Kalın

Helsinki və Stokholm Ankaranın təhlükəsizlik gözləntilərinə cavab vermək üçün hələ də addım atmayıb. Hazırkı vəziyyətdə bu iki Skandinaviya ölkəsinin NATO-ya üzv olmaq üçün müraciətlərinə Türkiyə tərəfindən yenidən baxılması gözlənilmir.

AİA.Az Trend-ə istinadən bildirir ki, bunu "Anadolu" agentliyinə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Ətraflı

"Biz gözləntilərimizi və narahatlıqlarımızı isveçli və finlandiyalı həmkarlarımıza konstruktiv və eyni zamanda çox qətiyyətlə çatdırdıq. Terrorla mübarizənin vacibliyini və bu ölkələrdə cinayətkar təşkilatların üzvlərinin olmasının yolverilməzliyini vurğuladıq. Ankara Helsinki və Stokholma bu strukturların qanlı cinayətləri ilə bağlı bütün məlumatları, eləcə də (İsveç və Finlandiyada) terrorçularla bağlı məlumatları verib", - Kalın bildirib.

Türkiyə liderinin mətbuat katibi vurğulayıb ki, İsveç və Finlandiya Türkiyənin NATO-dakı potensial müttəfiqi kimi Türkiyənin milli maraqlarına təhdidlərin yolverilməzliyi məsələsində dəqiq mövqe tutmalıdırlar.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024