Mobil versiya
Ukrayna Prezidentinin xüsusi nümayəndəsi: “100 gündə Rusiya heç bir strateji hədəfinə çatmadı”
Tarix: 03-06-2022 | Saat: 15:49
Bölmə:Dünya | çapa göndər

Ukrayna Prezidentinin xüsusi nümayəndəsi: “100 gündə Rusiya heç bir strateji hədəfinə çatmadı”

“Rusiya müharibənin başlamasından ötən 100 gün ərzində ilk günlərdə nəzərdə tutduğu strateji qələbələr qazanmayıb. Söhbət Ukraynanın tam, heç olmasa, ölkənin yarısının işğal edilməsindən gedir. Bundan əlavə, o, taktiki hədəflərinə belə, nail olmayıb”.

Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Prezidenti Volodimir Zelenskinin xüsusi nümayəndəsi Fyodor Venislavski deyib.

O hesab edir ki, bu 100 günü dünyada bütöv müasir kollektiv təhlükəsizliyin dərk edilməsi baxımından dəyişikliyin baş verməsi kimi qiymətləndirmək olar:

“Çünki açıq və aydındır ki, Rusiya Federasiyası öz hərəkətləri ilə İkinci Dünya müharibəsindən sonra mövcud olan kollektiv təhlükəsizlik sistemini tamamilə dağıdıb”.

F.Venislavski qeyd edib ki, indi bütün Qərb ölkələri, sivil dövlətlər kollektiv təhlükəsizlik sisteminin qurulması haqda düşünürlər:

“100 gündür ki, davam edən müharibənin nümayiş etdirdiyi ikinci məsələ odur ki, artıq bir çox miflər dağıdılıb. Məsələn, hesab edirəm ki, Rusiyanın dünyada ikinci ən güclü orduya malik olması ilə bağlı mif artıq tamamilə dağılıb - ən azı, bir çox onilliklər üçün. Beynəlxalq ekspert təşkilatlarının qiymətləndirmələrinə əsasən, təhlükəsizlik və müdafiə qüvvələri sahəsində Ukrayna Silahlı Qüvvələri dünya ölkələri arasında ilk onluqdadır. Ukrayna Silahlı Qüvvələri nümayiş etdirib ki, onlar 100 gündür ki, Rusiya ordusuna müqavimət göstərə bilir. Rusiya ordusu isə İkinci Dünya müharibəsinin şablonlarına əsasən müharibə apardığını göstərib. Üstəlik, Rusiya Federasiyası hərbi əməliyyatlarda innovasiyalar, yeni döyüş üsulları nümayiş etdirmir. Lakin o, təbliğatçılarının “qələbə” ilə bağlı arqumentlər göstərə bilməsi üçün öz gücünü, vəsaitini, insanlarını və texnikaları usanmadan istifadə edir. Buna baxmayaraq, Rusiya son 100 gün ərzində müharibənin ilk günlərində nəzərdə tutduğu strateji qələbələri qazanmayıb. Söhbət Ukraynanın tam, heç olmasa, ölkənin yarısının işğal edilməsindən gedir. Bundan əlavə, o, taktiki hədəflərinə belə, nail olmayıb. Burada isə söhbət onun Donetsk və Luqansk vilayətlərinin administrativ sərhədlərinə çıxa bilməsindən gedir”.

Ukrayna Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb ki, 100 gün – Mariupolun, Xarkovun, Şimali Donetskin və bir çox digər şəhərlərin tarixidir:

“Bu şəhərlər nümayiş etdiriblər ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin Ukrayna ərazilərinin də daxil olduğu bölgələrdə rus dünyasının yaradılması və ya dirçəldilməsi ilə bağlı bütün gözləntiləri növbəti mifdir. Rusiya isə bu mifin dağılması nəticəsində hazırda faktiki olaraq beynəlxalq birlikdən təcrid olunub. Onun müttəfiqləri bir neçə avtoritar rejimlərdir. Bütün sivil dünya isə anlayır ki, Rusiya konstruktiv, sivil dialoqun aparılmasının mümkün olmadığı dövlətdir. Buna görə də müharibənin 100 günü Ukrayna xalqının, millətinin milli ruhunun gücünü göstərib.

Ukrayna milləti Rusiya Federasiyasına qarşı mübarizədə birləşib. Bu 100 gün Rusiyanın artıq uduzduğunu nümayiş etdirib. Bundan sonra isə Rusiyanın dövlət quruluşunun indiki formatında mövcudluğunu necə sona çatdıracağını müşahidə edəcəyik”, - deyə o əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024