Mobil versiya
"Meymun çiçəyinə yoluxanların çoxu cinsi azlıqlardır" - UKHSA
Tarix: 02-06-2022 | Saat: 11:03
Bölmə:Karusel / Dünya | çapa göndər

"Meymun çiçəyinə yoluxanların çoxu cinsi azlıqlardır" -

İngiltərədə meymun çiçəyi insandan-insana yayılmağa başlayıb.

aia.az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib.

Bildirilib ki, indiyə qədər sözügedən virus ölkədən kənara gedənlərdə və yaxud da gələnlərdə aşkar edilirdi: "İndiki virus İngiltərədə ilk dəfədir ki, insandan-insana ötürülür, burada endemik bir ölkə ilə səyahət əlaqəsi müəyyən edilməyib".

UKHSA-nın məlumatına görə, Birləşmiş Krallıqda yoluxanların əksəriyyəti - 132-si Londondadır ki, onlardan 111-i gey, biseksual və ya kişilərlə cinsi əlaqədə olan digər kişilərdə olduğu bilinir. Qadınlarda yalnız iki yoluxma var: "Meymun virusu hər kəsə təsir edə bilər, lakin ən son diaqnozların çoxu cinsi azlıq icmasıdır - onların əksəriyyəti Londonda yaşayır və ya onunla əlaqəsi var".

Meymun çiçəyi adətən qripə bənzər simptomlara və irinli dəri xəstəliklərinə səbəb olur ki, bu da adətən həftələr ərzində öz-özünə keçir, lakin yoluxmuşların kiçik bir hissəsini öldürə bilir.(unikal)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024