Mobil versiya
Poqba "Yunayted"dən ayrıldı
Tarix: 01-06-2022 | Saat: 15:28
Bölmə:İdman | çapa göndər

Poqba "Yunayted"dən ayrıldı

Fransa milli komandasının futbolçusu Pol Poqba İngiltərə "Mançester Yunayted"i ilə yollarını ayırıb.

aia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb. O, komandanı azad agent qismində tərk edəcək.

Qeyd edək ki, Pol Poqba "Mançester Yunayted" formasını ilk dəfə 2009 - 2012-ci illərdə geyinib. Daha sonra İtaliya "Yuventus"una keçən orta sahə oyunçusu 2016-cı ildə "qırmızı şeytanlar"a 105 milyon avroya transfer olunub. O, İngiltərə klubunda 233 oyuna 39 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024