Mobil versiya
Türkiyə ölkəyə giriş üçün PCR testlərini ləğv etdi
Tarix: 01-06-2022 | Saat: 10:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə ölkəyə giriş üçün PCR testlərini ləğv etdi

Türkiyə iyunun 1-dən ölkəyə daxil olmaq üçün mənfi PCR və ya koronavirusa qarşı anticisim testləri üçün məcburi tələbi ləğv edib.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İyunun 1-dən ölkəyə daxil olmaq üçün ölkəyə girişdən ən geci 72 saat əvvəl koronavirus üçün mənfi PCR testi və ya ölkəyə girişdən sonra 48 saat ərzində mənfi sürətli antigen testi tələb olunmayacaq", - məlumatda deyilir.

Nazirlik bu qərarı Türkiyədə koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi əsasında qəbul edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024