Mobil versiya
Anadangəlmə kor oğlana hərbi çağırış vərəqəsi göndərildi
Tarix: 30-05-2022 | Saat: 15:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Anadangəlmə kor oğlana hərbi çağırış vərəqəsi göndərildi

Tatarıstanda hərbi komissarlığın hərbi çağırış vərəqəsi göndərdiyi əlil arabasında gəzən 28 yaşlı serebral iflicli anadangəlmə kor gəncin başına gələn insident araşdırılır.

AİA.Az xəbər verir ki, bu barədə KP.RU yazıb.

Nəşr bildirir ki, Naberejnıye Çelnı sakini Sergey Sitdikovun şəxsi işi hərbi komissarlıqda itib və qovluğu tapanda orada həkimlərin rəyi də daxil olmaqla bir dənə də olsun sənəd olmayıb.

Belə bir şey necə baş verə bilər? Heç kim cavab verə bilmir. Digər tərəfdən yeriyə bilməyən əlil hərbi komissarlıqdan israrla çağırılır və nəticədə qaçan kimi qeydə alınıb.


Hazırda Korlar Cəmiyyəti hərbi komissarlığın əməkdaşları ilə birgə vəziyyəti araşdırır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024