Mobil versiya
Azərbaycan regionun və dünyanın inkişafına töhfələr verir
Tarix: 30-05-2022 | Saat: 10:08
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan regionun və dünyanın inkişafına töhfələr verir

44 günlük Tarixi Qələbədən dərhal sonra Qarabağda, Şərqi Zəngəzurda nəhəng quruculuq işlərinə başlanıldı. Hər bir kəndin, şəhərin planları hazırlanır, yol, enerji, qaz, su infrastrukturu yaradılır, sosial, inzibati, obyektlər, yaşayış binaları tikilir. Bütün bunlar gərgin əməyin, sistemli tədbirlərin əsasında yaranır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur hər gün canlanır, öz tarixi və əbədi sakinlərini qarşılamağa hazırlaşır. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi bu fikirləri bir daha təsdiqləyir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında kənd sakinləri görüşündə bir çox mühüm məsələlərə toxundu. İlk olaraq bu gün dünyada gedən proseslərin fonunda ölkə başçısı qeyd etdi ki, bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq. Lakin əlbəttə ki, güclü dövlət olmaq üçün ən mühüm şərt müstəqillikdir. Əsl müstəqilliyin mahiyyəti isə bu və ya digər ölkənin müstəqil siyasət apara bilməsidir. Müstəqilliyini bərpa edən Azərbyacanın müstəqillik dövrü 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı. Müstəqilliyi böyük sual altında olan Azərbaycan sanki yenidən dövlət qurmağa başladı. Ümummilli Liderin uzaqgörən, müdrik siyasəti, həyata keçirdiyi islahatlar nəticəsində ölkəmiz yenidən qurulmağa başladı. Azərbaycan Respublikasının Konsitusayası qəbul edildi, dövlətçiliyin inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində anunlar, hüquqi normativ aktlar qəbul olundu. İqtisadi, siyasi, hərbi, elmi, idarəetmədə bir çox islahatlar həyata keçirildi. Bu siyasəti uğurla davam etdirən və daha da gücləndirən Prezident İlham Əliyev Azərbyacanı regionun ən nüfuzlu dövlətinə çevirə bildi. Bütün çətinliklərə baxmayaraq Azərbaycan inkişaf etdi və bu gün iqtisadi göstəricilərimiz çox müsbət dinamika ilə irəliləyir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır.. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur. Bu gün ölkəmiz digər dövlətlərə yardım edir. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Ölkəmiz 44 günlük Vətən müharibəsində qalib gəlməklədaha da gücləndi. Yeni reallıq yaradan Azərbaycanın mövqeyi, təqdim etdiyi təkliflər artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür.

Görüş zamanı Prezident Ermənistandakı vəziyyəti təhlil edərkən bildirdi ki, burada acınacaqlı vəziyyəti göz qabağındadır, bu Ermənistanın işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. İndi postmünaqişə dövrdür, Ermənistan münasibətlərin normallaşması üçün Azərbaycan tərəfindən təqdim edilən 5 prinsipi qəbul edərək, sülh müqaviləsi imzalamalıdır. Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Əgər qarşı tərəf hər hansı bir iddia sürərsə, mütləq qarşılığını görıcıkdir. Cənab Prezident İlham Əliyev dəfələrlə deyib ki, “Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik?” Tarixi fakt, sübutlar bir daha göstərir ki, Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz addımlar xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ölkəmiz dünyaya “Bakı prosesi”təqdim edib. Bütün dünya Azərbaycan ən tolerant dövlətlərdin biri kimi tanınır. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ermənistan 30 il işğalçılıq siyasəti yürüdən də, məscidlərimizi, tarixi-mədəni abidələrimizi məhv edəndə belə Azərbaycanın digər bölgələrində ermənilər rahat şəkildə yaşayıblar, Bakıda erməni kilsəsihətta təmir edilib. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Onlar erməni əsilli Azərbaycan vətəndaşlarıdırlar. Və bu belə də qəbul edilməlidir.

Son zamanlar dünyada baş verən siyasi, iqtisadi proseslər və kataklizmlər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili stabilliyinə görə təhlükəsizlik və sabitlik adasıdır. Ölkədə aparılan isalhatlar, işğaldan azad olmuş ərazilərdə görülən işlər,həyata keçirilən daxili və xarici siyasət və cəmiyyətin, xalqın birliyi, həmrəyliyi dediklərimizi bir daha sübut edir. Azərbaycan bu gün dünyada qlobal təşəbbüslərlə çıxış edən, regionda və dünyada sülüh, təhlükəsizliyin təmin edilməsinə, iqtisadi ikmanların artmasına, nəhəng nəqliyyat, kommunikasiya və loqistika layihələrinə töhfə verir.

Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024