Mobil versiya
Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib
Tarix: 21-05-2025 | Saat: 11:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hicran Hüseynova: Zorakılıqdan zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib

Ötən il zorakılığın bu və ya digər formasından zərər çəkmiş şəxslər dövlət hesabına hüquqi yardımla təmin edilib.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, nikah yaşının bir ildən çox olmayaraq azaldılması haqqında istisna halı ötən il aradan qaldırılıb.

H.Hüseynova xatırladıb ki, qohum evliliklərini qadağan edilməsi haqqında qanun bu il iyulun 1-dən qüvvəyə minəcək:

“Bu məsələ Azərbaycan cəmiyyətinin genefondu ilə bağlı mühüm qərar idi”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025