Novruzəli Aslanov: “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşləri estafetini Azərbaycandan qəbul edən ölkə Macarıstan oldu”
Tarix: 21-05-2025 | Saat: 12:43
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan və Macarıstan dost və strateji tərəfdaş ölkələr olaraq öz münasibətlərini uğurla inkişaf etdirirlər. May ayının 20-də cənab Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla aparılan danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş bir daha göstərdi ki, bir çox məsələlər üzrə ölkələrimizin mövqeləri üst-üstə düşür. Mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident bildirdi ki, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Bunlardan biri odur ki, hər iki ölkənin xalqları öz tarixi köklərinə çox bağlıdır. Həmçinin ölkələrimizin əhali sayı və ərazi sahələri də bir-birinə zərbaycanın, nə də Macarıstanın açıq dənizə çıxışları yoxdur. Hər iki ölkə müharibə aparan dövlətlərlə, həmdə məhz bir-birilə müharibə aparan dövlətlərlə həmsərhəddir. Bu oxşarlıqlar Azərbaycan və Macarıstanın eyni çağırışlarla üz-üzə olması anlamına gəlir ki, bu da qarşılıqlı anlaşma üçün gözəl zəmin yaradır. Ölkələrimiz bütün məsələlərdə iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstərir. Artıq xəbər verildiyi kimi, Macarıstanın təşəbbüsü ilə mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti indi Macarıstan qəbul edib. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır və bu, təqdirəlayiq haldır.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Öz fikirlərini davam etdirərək deputat bildirib ki, Macarıstan şirkətlərinin Azərbaycanın enerji layihələrində pay sahibləri olmaları ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsini şərtləndirən mühüm amillərdəndir: “Azərbaycan ilə Macarıstan xüsusilə energetika sahəsində uğurlu əməkdaşlıq edirlər. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu il Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Diqqətəlayiq haldır ki, Azərbaycan bu gün dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə qabaqcıl yerlərdədir. Azərbaycanın gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal çalışmalar aparılır. Azərbaycanın çox irimiqyaslı yaşıl enerji gündəliyi vardır və bu gündəlik ölkəmizin və xalqımızın milli mənafeyləri ilə yanaşı dost ölkələrin də maraqlarına cavab verir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər