Eltun Süleymanov: "İki dost ölkənin, birgə yolu: Prezident İlham Əliyevin Budapeştdəki çıxışından önəmli mesajlar"
Tarix: 21-05-2025 | Saat: 11:06
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə mətbuat qarşısında çıxış etdilər. Bu bəyanatlar təkcə iki ölkə arasındakı dostluğun və strateji tərəfdaşlığın gücləndiyini göstərmədi, həm də Azərbaycanın beynəlxalq siyasətdə yürütdüyü müstəqil və prinsipial mövqeyin bir daha nümayişi oldu. Ən önəmlisi isə hər iki ölkənin ortaq tarixi və oxşar çağırışları var.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, cənab Prezident İlham Əliyev çıxışında Azərbaycan və Macarıstan arasındakı tarixi, coğrafi və sosial oxşarlıqları vurğuladı. Hər iki ölkənin əhalisinin sayı və ərazi baxımından yaxın olması, dənizə birbaşa çıxışının olmaması və müharibə riski ilə üz-üzə olması bu bənzərliklər sırasındadır. Cənab Prezident İlham Əliyev bəyanatında bildirdi ki, “Biz dost ölkələrik, strateji tərəfdaşıq... demək olar ki, eyni çağırışlarla üz-üzəyik.” Bu fikirlər göstərir ki, Azərbaycan və Macarıstan arasında qarşılıqlı anlayışa əsaslanan əlaqələr təkcə iqtisadi maraqlara deyil, ortaq təcrübələrə və dəyərlərə söykənir. Qarabağ məsələsi və beynəlxalq hüququn roluna diqqət çəkən cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin beynəlxalq hüquqa əsaslandığını vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazilərini işğaldan azad edib və 2023-cü ildə ölkənin tam suverenliyi təmin olunub: “Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq.” Cənab Prezident həmçinin Ermənistanla sülh müqaviləsi bağlanması üçün əsas şərtləri açıqladı. Bildirdi ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulması və artıq fəaliyyətsiz qalan ATƏT-in Minsk qrupunun ləğvi əsas məsələdir və bu həllini tapmalıdır. Bəyanatda enerji sahəsində geniş əməkdaşlıqdan da bəhs edilib. Azərbaycan son illər enerji sektorunda Avropa ölkələri, xüsusilə də Macarıstanla sıx əməkdaşlıq edir.Cənab Prezident İlham Əliyev bu əməkdaşlığı belə izah etdi: “Keçən ildən Macarıstana qaz ixracına başlamışıq... 12 ölkəyə qaz ixrac edirik, onlardan 10-u Avropa ölkəsidir.” Bu göstəricilər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi tanındığını sübut edir. Cənab Prezident İlham Əliyev həmçinin Azərbaycanın yaşıl enerji sahəsində də mühüm addımlar atdığını və növbəti beş ildə 6 min meqavat gücündə bərpa olunan enerji istehsalının planlaşdırıldığını bildirdi. Türk dövlətləri ilə birgə yol və Macarıstanın roluna gəldikdə cənab Prezident İlham Əliyev bəyanatında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin davam etdirilməsini də xüsusi qeyd etdi. Bu görüşlərin biri ötən il Şuşada, digəri isə bu il Macarıstanda keçirilir: “Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır. Bu bizi sevindirir.” Bu sözlər Azərbaycan və Macarıstan arasında yalnız iqtisadi deyil, həm də mədəni və ideoloji yaxınlığın olduğunu göstərir. Onu da demək yerinə düşər ki, Macarıstanın Avropa İttifaqında müstəqil siyasət aparması bir nümunədir. Cənab Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqı daxilində müstəqil siyasət yürütməsini yüksək qiymətləndirdi. O, Baş nazir Viktor Orbanın ölkəsinin milli maraqlarını hər şeydən üstün tutduğunu vurğuladı: “Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq böyük siyasi iradə və düşünülmüş yanaşma tələb edir.” Bu yanaşma Azərbaycan üçün də önəmlidir. Çünki Bakı da beynəlxalq münasibətlərdə suveren qərarları ilə seçilir və heç bir xarici təzyiq altında siyasətini dəyişmir. Demək olar ki artıq iki ölkə arasında münasibətlər dostluqdan strateji əməkdaşlığa doğru uğurlu bir yola çevrilib. Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycan-Macarıstan münasibətlərinin sadəcə dostluq deyil, çoxşaxəli strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Qarabağdan enerji siyasətinə, mədəni bağlardan Avropa ilə münasibətlərə qədər uzanan bu çıxış, Azərbaycanın öz mövqeyini necə düşünülmüş və prinsipial şəkildə qurduğunu nümayiş etdirdi. Bu çıxış eyni zamanda sübut edir ki, Azərbaycan qlobal və regional siyasətdə artıq izləyici yox, təşəbbüskar və etibarlı tərəfdaş rolundadır- deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər