Mobil versiya
BMT nüvə təhlükəsinə görə təcili iclas keçirəcək
Tarix: 26-05-2022 | Saat: 10:36
Bölmə:Karusel / Dünya | çapa göndər

BMT nüvə təhlükəsinə görə təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası cümə axşamı ABŞ-ın təklif etdiyi ballistik raket buraxılışlarına görə Şimali Koreyaya qarşı sanksiyaların artırılmasını nəzərdə tutan qətnamə layihəsinə baxacaq.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, qətnamə layihəsi Şimali Koreyanın raket və nüvə proqramlarının inkişafına təsir göstərməli olan əlavə məhdudiyyətləri nəzərdə tutub.

Bundan əlavə, ballistik raketlərin buraxılmasına və qanadlı raketlərin, eləcə də nüvə silahının çatdırılması üçün bütün digər vasitələrin sınaqlarına qoyulan qadağanın uzadılması təklif edilib.

Təhlükəsizlik Şurasının iclası günortadan sonra baş tutacaq və KXDR-ə xam neft və neft məhsullarının ixracının azaldılması da müzakirə ediləcək.

Xəbər verdiyimiz kimi, Şimali Koreya çərşənbə günü Yaponiya dənizinə doğru biri qitələrarası olmaqla dörd ballistik raket atıb. Bundan sonra Cənubi Koreyanın xarici işlər nazirləri Pak Çin və ABŞ Entoni Blinken telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasında Şimali Koreyanın raket buraxılışları ilə bağlı yeni qətnamənin nəzərdən keçirilməsinə başlamaq üçün "yaxından əməkdaşlıq etmək" barədə razılığa gəliblər.

Şimali Koreyanın yeni nüvə sınağına hazırlığı ilə bağlı Cənubi Koreyada da narahatlıq var.(unikal)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024