AZ RU Mobil versiya
Milli komanda Daşkəndə yola düşdü
Tarix: 25-05-2022 | Saat: 21:17
Bölmə:İdman | çapa göndər

Milli komanda Daşkəndə yola düşdü

AİA.Az xəbər verir ki, 26-29 May 2022-ci il tarixlərdə Özbəkistanın Daşkənd şəhərində UNİVERSAL Döyuş üzrə gənclər və böyüklər Arasında Dünya çempionatı keçiriləcəkdir.

Çempionata dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatılacağı gözlənilir. Çempionat həm həvəskar, həm də peşəkar formatda, yaş kateqoriyalarına görə yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək. Həvəskarlar arasında yarışlar “Layt” və “Klassik” versiyalarında təşkil olunacaq. Ölkəmizi bu mötəbər yarışda Azərbaycan UNİVERSAL Döyüş Federasiyası 20 nəfərlik heyətlə təmsil edəcəkdir.  Milli komandanın baş məşqçiləri Elşən İsmayılovun və Yaqub İbrahimovun rəhbərliyi ilə idmançılarımızın dünya çempionatına hazırlıqları yaxın günlərdə başa çatmışdır. Əməkdar məşqçi, Beynəlxalq dərəcəli Hakim Elşən İsmayılov yetirmələrinin dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirib.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Azər Həsənov da yığma komandanın hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Yarışda iştirask edəcək komsnda üzvləri bu gün Daşkənd şəhərinə yola düşüb
Biz də öz növbəmizdə bütün idmançılarımıza uğurlar diləyir və tezliklə onların qələbə sevinclərini qürurla paylaşacağımız günü səbirsizliklə gözləyirik!.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

17185 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2022