Mobil versiya
Şimali Koreyada naməlum xəstəlik tüğyan edir
Tarix: 18-05-2022 | Saat: 11:35
Bölmə:Manşet / Dünya | çapa göndər

Şimali Koreyada naməlum xəstəlik tüğyan edir

Şimali Koreyada son sutka ərzində 232 mindən çox insan Pxenyanın qızdırma xəstəliyi adlandırdığı xəstəliyə yoluxub.

Son sutkada altı nəfər olmaqla, infeksiyadan həyatını itirənlərin ümumi sayının 62-yə çatdığı bildirilir.

Sözügedən xəstəlik artıq ölkədə 1,72 milyon insanda aşkarlanıb. Eyni zamanda, 1,02 milyondan çox insan tam sağalıb, 691 minə yaxın insanın müalicəsi davam etdirilir.

Şimali Koreya lideri Kim Çen In insanların həyatını sabitləşdirmək üçün “səyləri ikiqat artırmağa” çağırıb, həmçinin “yaşayış şəraitinin təmin edilməsi və əsas tələbatların təmin edilməsi üçün işin qüsursuz təşkilinin” vacibliyini vurğulayıb.

Bir gün əvvəl Şimali Koreyada yeni xəstəliyə 270 minə yaxın yoluxma qeydə alınıb, altı nəfər ölüb.

Dünya ekspertləri bu xəstəliyin əslində COVID-19 olduğuna inanırlar.

Şimali Koreya mediasının “yüksək hərarəti olan xəstələr” ifadəsini işlətməsi ölkədə yeni koronavirus infeksiyasını aşkar etmək üçün kifayət qədər avadanlığın olmaması ilə əlaqələndirilir.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024