Mobil versiya
Rusiyanın sursat anbarı məhv edildi
Tarix: 18-05-2022 | Saat: 09:24
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın sursat anbarı məhv edildi

Ukrayna Silahlı Qüvvələri rusların 130 hərbçisi, üç modernləşdirilmiş tankı və iki sursat anbarını məhv edib.

aia.az xəbər verir ki, bu barədə "Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Komandanlığın məlumatına görə, qoşunların təmas xəttində Nikolayev və Xerson rayonlarında döyüşlər davam edir.

"Rus qoşunları hələ də irəliləmək, mövqelərini yaxşılaşdırmaq və möhkəmlənməyə çalışaraq müdafiəyə keçmək imkanından məhrumdurlar. Eyni zamanda ukraynalı müdafiəçilərin minaatan və artilleriyadan atəşə tutulması davam edir", - deyə məlumatda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024