Mobil versiya
BMT: “Ukraynada 100 milyard dollar dəyərində dağıntılar var”
Tarix: 17-05-2022 | Saat: 08:58
Bölmə:Manşet / Dünya | çapa göndər

BMT:

“Müharibə ölkə müəssisələrinin yarısının tamamilə bağlanmasına, digər yarısının isə çətinliklərlə üzləşməsinə səbəb olub”.

Bu barədə BMT-nin “Twitter” mikrobloqunda məlumat verilib.

Qeyd olunur ki, Ukrayna hökumətinin məlumatına görə, artıq azı 100 milyard dollar dəyərində evlər, yollar, körpülər, xəstəxanalar, məktəblər dağıdılıb.

“Müharibə uzanarsa, o zaman hər 10 ukraynalının doqquzunun həyat səviyyəsi yoxsulluq həddindən aşağı düşəcək. İyirmi illik inkişaf uğurları isə təhdid altına düşəcək”, - deyə hesabatda vurğulanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024