Mobil versiya
"Qarabağ" əsrin rekorduna imza atıb
Tarix: 16-05-2022 | Saat: 14:28
Bölmə:İdman | çapa göndər

"Qarabağ" əsrin rekorduna imza atıb

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.

AİA.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.

"Köhlən atlar" yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək "Xəzər Lənkəran" 2004/2005, "Qarabağ" 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024