Mobil versiya
“Sumqayıt”dan 2022-ci ildə ilk qələbə
Tarix: 10-05-2022 | Saat: 09:09
Bölmə:İdman | çapa göndər

“Sumqayıt”dan 2022-ci ildə ilk qələbə

"Sumqayıt"ın qələbə həsrətinə son qoyulub. AİA.Az matc.az-a istinadən bildirir ki, sözügedən komanda uzun fasilədən sonra Azərbaycan Premyer Liqasında qələbə sevinci yaşayıb.

Aleksey Baqanın çalışdırdığı kollektiv buna 26-cı tur çərçivəsində baş tutan "Şamaxı" ilə oyunda nail olub. Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilən görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Sumqayıtlıların hər iki qolunu Əli Qurbani vurub. Millimizin də üzvü olan hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.

Bu, "Sumqayıt"ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib. Sumqayıtlılar sonuncu dəfə ötən ilin 31 oktyabrında, Premyer Liqanın 9-cu turu çərçivəsində "Səbail"lə ev oyununda 2:1 hesablı qələbəyə sevinmişdilər.

Qələbədən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki mövqeyini qoruyub. "Şamaxı" isə 21 xalla 6-cı sırada yer alıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024