Mobil versiya
"Atletiko" - "Real" oyununda 1 qol vuruldu
Tarix: 09-05-2022 | Saat: 13:01
Bölmə:İdman | çapa göndər

"Atletiko" - "Real" oyununda 1 qol vuruldu

"Atletiko" İspaniya çempionatının 35-ci turunda paytaxt derbisində "Real"ı məğlub edib. Görüş Dieqo Simeonenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

AİA.Az Trend-ə istinadən bildirir ki, yeganə qolu 11-metrlik zərbəni qola çevirən belçikalı yarımmüdafiəçi Yannik Karrasko vurub.

"Atletiko" 64 xal toplayıb və La Liqa turnir cədvəlində üçüncü yerdə olan "Sevilya"dan bir xal geri qalaraq dördüncü yerdə qəərarlaşıb. 81 xalla turnir cədvəlinə başçılıq edən "kral klubu" ötən turda vaxtından əvvəl ölkə çempionu olub.

Növbəti turda Karlo Ançelottinin yetirmələri evdə "Levante" ilə, "Atletiko" isə "Elçe" ilə qarşılaşacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024