Mobil versiya
Qazax rayonunda Ümummilli Lider H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir - FOTOLAR
Tarix: 06-05-2022 | Saat: 11:10
Bölmə:İdman | çapa göndər

Qazax rayonunda Ümummilli Lider H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının, Qazax rayon Gənclər və İdman idarəsinin, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini - futbol turniri ilə yanaşı, həvəskar şahmatçılar arasında rayon turniri də keçirilmişdir.

Bu turnirlərin keçirilməsinin əsas məqsədi Ulu Öndərimiz, Dahi Rəhbərimiz Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, ona olan böyük hörmət və ehtiramın bir daha təzahürü, Qazax rayonunda idmana marağın artırılması və kütləviliyinə nail olunmasıdır.

Artıq həvəskar şahmatçılar arasındakı turnir başa çatmış, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Həsənov Məhi Etibar oğlu I, həmin kollecin tələbəsi İbrahimov Ramil Hüseyn oğlu II və Bakı Dövlət Universiteti Qazax filialının tələbəsi İsmayılova Hənifə Korca qızı III yerləri tutmuşlar.

Sonda qalib şahmatçılar müvafiq olaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024