Mobil versiya
“Golden Ring” İdman Klubunun yetirməsi kadetler arasında ilin idmançısı adına layiq görüldü - FOTO
Tarix: 05-05-2022 | Saat: 18:36
Bölmə:İdman | çapa göndər

“Golden Ring” İdman Klubunun yetirməsi kadetler arasında ilin idmançısı adına layiq görüldü

AİA.Az xəbər verir ki, Azərbaycanda universal döyüş növləri ilə məşğul olan idmançılarımızın sayı getdikcə artır. Sevindirici haldır ki, bu kəmiyyət artımına paralel olaraq, biz həm də keyfiyyət artımını açıq-aşkar müşahidə edirik. Bu o deməkdir ki, idmançılarımızın ustalığı, peşəkarlıq səviyyəsi də getdikcə yüksəlir.

Bu gün Azərbaycan Universal Döyüş Federasiyasından növbəti qürurverici xəbər almışıq. Xəbərdə bildirilir ki, “Golden Ring” İdman Klubunun yetirməsi, 2013-cü il təvəllüdlü Murad Həsənli kadetler arasında “İlin idmançısı” adına layiq görülüb. Gənc idmançı il ərzində iştirak etdiyi bütün yarışlarda göstərdiyi nailiyyətlərinə və əldə etdiyi uğurlarına görə Azərbaycan Peşəkar Universal Döyüş Liqasının Fəxri Diplomu ilə təltif olunub.

Biz də bu bu böyük uğuru münasibətilə Murad Həsənlini səmimi qəlbdən təbrik edirik və ona yeni, daha parlaq qələbələr arzulayırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024