Maradonanın forması rekord qiymətə satıldı
Tarix: 05-05-2022 | Saat: 18:21
Bölmə:İdman | çapa göndər
Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında geydiyi forması "Sotheby's" hərrac evində rekord qiymətə satılıb.
AİA.Az axşam.az-a istinadən xəbər verir ki, sözügedən formanı idmançı İngiltərə yığmasının qapısına əllə qol vurduğu oyunda geyinmişdi.
Adı açıqlanmayan şəxs forma üçün 9,3 milyon dollar (təxminən 15 milyon 810 min manat) ödəyib. Sözügedən idman geyimi son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub.
Qeyd edək ki, əvvəlki rekord "New York Yankees" komandasının beyzbolçusu Beyb Rutun formasına aid olub. Geyim 2019-cu ildə 5,64 milyon dollara (təxminən 9 milyon 588 min manat) satılmışdı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu